Türkiyə

Təkkə tələb edir: “Trabzonspor” daha bir ukraynalı alır

“Trabzonspor” yayda yenidən “Şaxtyor”un yarımmüdafiəçisi Artyom Bondarenkonu heyətinə qatmağa çalışacaq.

Aut.az xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb.

Türkiyə klubunun baş məşqçisi Fatih Təkkə futbolçunun transferində israr edir. Bununla bağlı “Trabzonspor” 24 yaşlı futbolçu üçün yenilənmiş təklif hazırlayacaq.

Tərəflər artıq qışda danışıqlar aparıblar. Həmin vaxt “mədənçilər” yarımmüdafiəçini 7 milyon avroya satmağa razı olmayıb, nə az, nə çox düz 12 milyon tələb ediblər.

Bu mövsüm Artyom Bondarenko 40 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Trabzonspor” qışda “Şaxtyor”un hücumçusu Daniil Sikan və cinah oyunçusu Aleksandr Zubkovu heyətinə qatmışdı. “Zarya”nın sabiq müdafiəçisi Arsen Bataqov da artıq Türkiyə klubunda çıxış edir.

Aut.az