Mbappe xəstəxanadan çıxdı
“Real Madrid”in hücumçusu Kilian Mbappe müalicə müəssisəsindən evə buraxılıb.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu daha əvvəl ağır mədə-bağırsaq pozğunluğu (kəskin qastroenterit) ilə xəstəxanaya yerləşdirilmişdi.
Bu səbəbdən o, “Real”ın klublararası dünya çempionatında Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə ilk oyununda (1:1) iştirak edə bilməyib.
Mətbuat xidməti bildirib ki, futbolçu komandaya qoşularaq bərpa prosedurlarını davam etdirəcək.
Aut.az
