Bu il onun üçün çox ağır olacaq: Əfsanəvi qapıçı kimi deyir?
İspaniya millisinin keçmiş qapıçısı Santyaqo Kanisares “Barselona”nın 18 yaşlı oyunçusu Lamin Yamal jaqda danışıb.
Aut.az xəbər verir ki, əfsanəvi qapıçı bu ilin Yamalın karyerasında ən çətin olacağını iddia edib.
“Bu il Lamin Yamalın karyerasında ən çətin ildir, o, nailiyyətlərini təsdiqləməlidir. Çox yüksək səviyyədə fərqləndiyinə görə çətin olacaq. Bu, həm də əhəmiyyətli sosial və iqtisadi dəyişikliklər ilidir.
Şəxsi həyatınız da daxil olmaqla, hər şeyin dəyişdiyi bir ildə böyük oyunçuların çətinlik çəkdiyini görmüşəm. Cəmiyyət sizə eyni qalmağa icazə vermir. Artıq burada pivə, orada kola içə və ya parkda itinizi gəzdirə bilməzsiniz.
Futbol ulduzu olduğunuz üçün hər şey kəskin şəkildə dəyişib. Əvvəllər bir bankir sizə zəng edib deyərdi ki, “Bəlkə də həddindən artıq pul xərcləyirsən”. İndi o, sizə fantastik gəlir təklif etdiyi iddia edilən 13 investisiya fondu təklif edir. Və sair, minlərlə fərqli seçim var”, – deyə Kanisares bildirib.
Aut.az
