“Milan” onunla danışıqlara başladı
“Milan” müdafiəçi Fikayo Tomori ilə müqavilənin uzadılması barədə danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Klub rəhbərliyi 27 yaşlı futbolçuya hazırkı maaşını (mövsümə 3,5 milyon avro) qorumaq şərti ilə müqaviləni daha № il uzatmağı təklif edib.
Mənbənin məlumatına əsasən, “Milan” həmçinin Aleksis Salemaekers və Kristian Pulişiçlə də yeni sözəşmə imzalamaqda maraqlıdır.
Cari mövsümdə Tomori “Milan”ın heyətində A Seriyasında 6, İtaliya kubokunda isə 2 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
