Prezident açıqladı: Konteni İtaliya millisinə buraxacaq?
“Napoli”nin prezidenti Aurelio De Laurentiis komandanın baş məşqçisi Antonio Konte barədə danışıb.
Aut.az xəbər verir ki, funksioner İtaliya milli futbol komandasını çalışdırmaq istəyi olarsa, onu buraxmağa hazır olduğunu bildirib.
“Konteni İtaliya millisinə buraxmaq? Əgər Antonio məndən bunu istəsəydi, düşünürəm ki, bəli. Amma o, çox ağıllıdır və hələ ciddi təklif yoxdur. İndiyə qədər belə bir şey olmayıb və düşünürəm ki, o, tam təşkil olunmamış bir layihənin başına keçməkdən imtina edər”, – deyə De Laurentiis söyləyib.
Qeyd edək ki, Konte artıq İtaliya millisində işləmək təcrübəsinə malikdir. O, 2014-2016-cı illərdə komandanın baş məşqçisi olub və Avro 2016-da 1/4 finala qədər irəliləyib. Həmin mərhələdə “Skuadra Adzurra” penaltilər seriyasında Almaniyaya uduzub.
Aut.az
