İtaliya

Əfsanə üsyan etdi: Niyə top-klublar Mudrik və Marmuş alırlar, amma onu yox?

“Milan”ın sabiq hücumçusu Antonio Kassano “rossonerilər”in hücumçusu Rafael Leaunu təklif almamasından danışıb.

Aut.az xəbər verir ki, əfsanə “qırmızı-qaralar”ın portuqaliyalı futbolçusu barədə bu sözləri deyib:

“Mançester Siti” Ömər Marmuşu 75 milyon avroya “Ayntraxt Frankfurt”dan alır. Niyə dünyanın ən yaxşı komandaları, “Bavariya”, “Barselona”, “​​Real”, “Siti”, onu nəzərə almır? Mudrik üçün 100 milyon avro ödəyiblər, niyə gedib bu futbolçunu götürürlər, amma hamının danışdığı bu fenomenə heç kim baxmır? Sual budur!”.

Bu mövsüm Leao “Milan” forması ilə bütün yarışlarda 26 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az