İtaliya

Əfsanə lisenziya aldı: Mənə “mister” deyə bilərsiniz

Alessandro Del Piyro məşqçilik lisenziyasıı aldığını açıqlayıb.

Aut.az xəbər verir ki, “Yuventus”un və İtaliya yığmasının əfsanəsi bu barədə sosial mediada yazıb:

“Bu gündən etibarən siz məni “Mister” deyə çağıra bilərsiniz (İtaliyada ənənvi olaraq məşqçiyə belə müraciət edilir).

FIGC-yə (İtaliya Futbol Federasiyası) və bu yolda məni müşayiət edən bütün müəllimlərə təşəkkür edirəm.

Mənə kömək edən və öyrənmənin bu vacib mərhələsini mənimlə paylaşan hər kəsə minnətdaram”.

Alessandro UEFA Pro lisenziyasını alıb və bu, ona yüksək liqalarda baş məşqçi olmaq hüququ verir.

2006-cı ilin dünya çempionunun ötən ilin noyabrında 50 yaşı tamam olub.

Aut.az