Tennis

Əfsanə bəyanat yaydı: Dələduzlar onun adından istifadə edərək…

“Böyük Dəbilqə”nin 22 qat çempionu, ispan tennisçi Rafael Nadal süni intellektdən istifadə edərək saxtakarlıq üçün yaradılmış videolarda öz imicindən və səsindən istifadə edilməsi ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, Nadal bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“Hər kəsə salam. Sosial şəbəkələrdə mənim üçün qeyri-adi olsa da, bəyanat verirəm, çünki bunu zəruri hesab edirəm. Mən və komandam müxtəlif platformalarda süni intellektdən istifadə etməklə yaradılan, kiminsə mənə bənzədiyi və səsləndiyi saxta videolar aşkar etmişik.

Bu videolar investisiya məsləhətini təbliğ edir və ya mənə aid olmayan təkliflər verir. Onlar saxta reklam sxeminin bir hissəsidir. Diqqət edin: Mən belə məzmun yaratmamışam və ya təsdiq etməmişəm. Dəstəyiniz üçün təşəkkür edirik!”, – Nadal bildirib.

Aut.az