Azərbaycan klubunda məşqçi təyinatı
“Şəki” basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.
Aut.az xəbər verir ki, ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də “Şəki”nin U-12 komandasında işini davam etdirəcək.
