Basketbol

Ondan çox qazandığına görə Bekhemi axtarıb tapıb və…

Sabiq basketbolçu, dördqat NBA çempionu Şakil O’Nil “İnter Mayami” klubunun sahibi Devid Bekhemlə tanışlıq hekayəsini paylaşıb.

“Devid Bekhem mənim dostumdur. Onun haqqında sənədli filmə baxdım və Devidə yazdım: “Mən heç vaxt bilmirdim ki, sən bütün bunları yaşadın”. Məsələ burasındadır ki, mən də bütün bunları yaşamışam.

Necə tanış olduq? Bu çılğın hekayədir. Mən gənc olanda onunla tanış olmuşam. Həmin vaxtlar Cordandan sonra ən çox maaş alan idmançı olmaq istəyirdim.

Mən bununla fəxr edirdim. Amma baxın, mən həmişə bu Bekhemdən sonra ikinci olmuşam. “Devid Bekhem kimdir?” deyə düşündüm. Sonra onunla görüşdüm, əlini sıxdım və biz dost olduq”, – O’Nil Let’s Go podkastında deyib.

Aut.az