MBA-da müntəzəm çempionatın qalibi bəlli oldu
105:92 hesabı ilə başa çatan görüşdə ən məhsuldar basketbolçu Bobbi Portis olub. Dizindəki zədə səbəbilə oyunu buraxan yunan ulduz Yannis Adetokunbonu əvəz edən Portis qarşılaşmanı 27 xal və 13 ribaundla tamamlayıb. Mərkəz basketbolçusu Bruk Lopesin aktivində 26 xal və 13 ribaund var. Onlardan başqa Cryu Holidey də əla oyun nümayiş etdirib. 20 xal toplayan pleymeyker həm də 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Qonaqların heyətində monteneqrolu Nikola Vuçeviç fərqlənib. Onun aktivində 21 xal, 10 ribaund və 4 ötürmə var.
Bu qələbə sayəsində “Miluoki” bütün pley-off seriyalarında ev üstünlüyünə sahib olacaq.
Qeyd edək ki, müntəzəm çempionata gələn həftə yekun vurulacaq.
