“Sumqayıt” qalib gəldi
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunun üçüncü oyunu baş tutub.
Aut.az xəbər verir ki, “Sumqayıt” yerli publika önündə çempionatın lideri “Xəzri” klubunu qəbul edib.
Oyuna fəal başlayan “Sumqayıt” sonradan hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 84-77 hesablı qələbə qazanaraq sürprizə imza atıb.
Lider üzərində qazanılan bu qələbə ilə sumqayıtlılar pley-off şanslarını xeyli artırıblar.
