WTA onun tənqidlərinə cavab verdi
Qadın Tennis Assosiasiyası (WTA) dünyanın birinci tennisçisi, belaruslu Arina Sabalenkanın Meksikada keçirilən Final Turnirində kortların vəziyyəti ilə bağlı tənqidlərinə cavab verib.
Aut.az xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb.
“Komanda pis hava şəraitinə baxmayaraq, stadionun və meydançanın tələb olunan standartlara cavab verməsini təmin etmək üçün səylə çalışdı”, – açıqlamada deyilir.
Assosiasiyadan əlavə ediblər ki, onlar çox çalışıblar və turniri Kankunda keçirməkdən məmnundurlar.
Bundan əvvəl Sabalenka WTA-nı hörmətsizlikdə günahlandırmışdı:
“Düşünürəm ki, əksər oyunçular mənimlə razılaşacaqlar. Bu, gözlədiyiniz təşkilatçılıq səviyyəsi deyil. Düzünü desəm, belə kortda hərəkət etməyin təhlükəsiz olduğunu düşünmürəm”.
Aut.az
