Nadir rekordu təkrarladı
Dünya tennisinin bir nömrəsi Yannik Sinner Romada keçirilən ATP 1000 gil kort turnirinin yarımfinalında amerikalı Tommi Paula qalib gəlib – 1:6, 6:0, 6:3.
1/4 finalda Sinner norveçli Kasper Rudu məğlub etmişdi (6:0, 6:1).
Aut.az xəbər verir ki, Sinner 1984-cü ildə Aaron Kriksteyndən sonra Roma turnirində dörddəbir final və yarımfinalda hər hansı setdə 6-0 hesabı ilə qalib gələn ilk tennisçi olub.
Finalda Sinner dünyanın üçüncü nömrəsi Karlos Alkarasa qarşı oynayacaq.
Aut.az
