Eyham vurdu: Realist olmalıyam, sona yaxınlaşır
“Real”ın 33 yaşlı müdafiəçisi Daniel Karvaxal gələcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Karvaxalın sözlərini “Madrid Xtra” sitat gətirib.
“Mənim karyeram? Uzun bir səyahət oldu, amma sona yaxınlaşır. Realist olmalıyam. Peşəkar futbolçu olmaq arzumu həyata keçirdim və ən əsası, “Real” oynamaq, həyatımın klubunda tarix yazmaq arzusunu həyata keçirdim”, – Karvaxal bildirib.
Oktyabrın 5-də La Liqanın 9-cu turunun “Vilyarreal”la oyununda (2:0) Karvaxal çarpaz bağlarını qoparıb və meydanı xərəkdə tərk edib. İspan futbolçu ötən ilin oktyabrında əməliyyat olunub.
Müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Aut.az
