İngiltərə

Bəlli oldu: Görün Qavrdiola oyundan sonra ona nə deyib

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın İngiltərə Kubokunda 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra “Kristal Pelas”ın qapıçısı Din Hendersona nə dediyi bəlli olub.

Aut.az xəbər verir ki, Pep ona yaxınlaşaraq , “Sən buna layiq deyilsən. Biabırçılıqdır” deyib. Bu barədə “Daily Mail”ə dodaq oxuma mütəxəssisi məlumat verib.

“Qartallar”ın qapıçısının Qvardiolaya “Daha 10 dəqiqə vaxtınız var idi” cavabı verdiyi vurğulanır. “Şəhərlilər”in baş məşqçisi buna belə cavab verib: “Bu ədalətsizlikdir. Siz bunu etməməliydiniz… Bu, ədalətli deyil”.

Epizod “Kristal Pelas”ın əvəzedici qapıçısı Mett Turnerin ingilisə barmağını yelləyən Hendersonu Qvardioladan uzaqlaşdırması ilə başa çatıb.

Buna cavab olaraq Henderson gülümsəyib və əllərini qaldırıb, yəqin ki, barmaqları ilə 10 rəqəmini göstəririb.

Qarşılaşmadan sonra Qvardiola Hendersonun bütün oyun boyu vaxt uzatdığını vurğulayıb. Qeyd edək ki, hakim ikinci hissəyə 10 dəqiqə əlavə edib.

Aut.az