AlmaniyaAzərbaycan futbolu

Mahir het-trik etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq” heyətində het-trik edib.

Aut.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda “Ayntaxt Braunşveyq”lə oyunda fərqlənib.

O, 10, 20 və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.

Hazırda görüş davam edir və “Nurnberq” 4:0 hesabı ilə öndədir.

Aut.az