İngiltərə

“Yunayted” o məğlubiyyətdən sonra Karriklə bağlı qərar verdi

İngiltərə Premyer Liqasının 32-ci turunda “Mançester Yunayted” evdə “Lids”ə 1:2 hesabı ilə uduzdu.

Aut.az xəbər verir ki, İnsayder Fabritsio Romanonun sözlərinə görə, bu məğlubiyyətə baxmayaraq, “qırmızı şeytanlar”ın rəhbərliyi hələ də baş məşqçi Maykl Karrikin işindən məmnundur.

İngilis mütəxəssis gələn mövsüm “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində qalmaq üçün favoritlərdən biri olaraq qalır. Maykl Karrik bu ilin yanvar ayında mövsümün sonuna qədər “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. “Qırmızı şeytanlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 32 oyundan 55 xalla üçüncü yerdədir. “Yunayted”in növbəti oyunu “Çelsi”yə qarşı olacaq.

Aut.az