Ərəblərdən ona daha bir təklif
“Əl-Hilal” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvaya təklif göndərib.
Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin nümayəndələri portuqaliyalı ulduzun transferi üçün “şəhərlilər”ə 70 milyon avro ödəməyə hazır odluqlarını bildiriblər. Mançesterlilər bu təklifə cavab verməyib. Bu barədə “CBS Sports” telekanalı məlumat yayıb.
28 yaşlı portuqaliyalı yarımmüdafiəçi 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2025-ci ilin ortalarına qədərdir.
