Açıqlandı: Futbol tarixinin ən yaxşısı odur
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən futbol tarixinin ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, IFFHS-ə görə tarixin ən yaxşı 10 futbolçusu onlarıdr:
Lionel Messi (Argentina).
Pele (Braziliya).
Maradona (Argentina).
Kriştiano Ronaldo (Portuqaliya).
Yohan Kroyff (Niderland).
Ronaldo (Braziliya).
Zinəddin Zidan (Fransa).
Frants Bekkenbauer (Almaniya).
Alfredo Di Stefano (Argentina/İspaniya).
Ronaldinyo (Braziliya).
Messi karyerası ərzində səkkiz dəfə “Qızıl top”u və dörd dəfə Çempionlar Liqasını qazanıb. 2022-ci ildə hücumçu Argentina millisinin tərkibində dünya çempionu olub. Ronaldo 5 dəfə “Qızıl top”u qazanıb. 2016-cı ildə Portuqaliya ilə Avropa çempionatının qalibi olub.
Aut.az
