Almaniya

Mahir Emreli oynadı?

Almaniya II Bundesliqasında 6-cı turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Mahir Emrelimim formasını geyindiyi “Kayzerslautern” doğma meydanda “Prössen Müenster”i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu matçda iştirak etməyib. 28 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Bir oyun çox keçirən “Kayzersslautern” 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.