AlmaniyaDünya futbolu

“Borussiya”nın istedadı uğrunda bu 3 nəhəng mübarizə aparır

“Mançester Yunayted”, “Çelsi” və “Bavariya” ilə birlikdə Dortmund “Borussiya”sının 20 yaşlı cinah oyunçusu Ceymi Bynoe-Gittensə maraq göstərir.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin bildirdiyinə görə, hazırda bu klublar əsaslı təklif irəli sürməsələr də, ingilis futbolçu ilə konkret maraqlandıqlarını bildiriblər. “Borussiya” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasa, Baynoe-Gittensin klubdan getməsi ehtimal olunur.

Bu mövsüm Baynoe-Gittens bütün yarışlarda 26 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Aut.az