Ronaldo ilə bağlı 9 kartı topladı, qızıldan kart aldı – VİDEO
ABŞ-dan olan Mark Listvan adlı kolleksiyaçı Kriştiano Ronaldo ilə bağlı xüsusi kartlar kolleksiyası toplayıb.
Aut.az xəbər verir ki, bu tip cəmi doqquz açıq kart buraxılıb. Onların hamısını toplayan şəxsə isə əlavə olaraq “Qızıl Qrall” kartı vəd edilib.
Listvanda 8 belə kart olub. O, 9-cu kartı beş min funt-sterlinqə alaraq kolleksiyanı tamamlayıb “Qızıl Qrall” alıb.
“Goal” bildirir ki, bu, sadəcə bir ad deyil – kart əslində qismən həqiqi qızıldan hazırlanıb. Kolleksiyaçı onun yüz min, hətta bir neçə milyon dollara satıla biləcəyini deyir, lakin yaxın gələcəkdə onu satmaq fikrində deyil.
Aut.az
