Dünya futbolu

Argentina prezidenti İspaniya hökumətinə müraciət etdi: Messiyə görə

Argentina prezidenti Xavyer Miley ətraf mühit fəallarının Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messinin evinə hücumu ilə bağlı insidenti şərh edib.

Xatırladaq ki, ekoloji fəallar Messinin İspaniyada yerləşən evinə hücum ediblər.

Aut.az xəbər verir ki, prezident bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bu qorxaq və biabırçı hadisə ilə əlaqədar Messi ailəsi ilə həmrəy olduğumu bildirirəm. Pedro Sançes hökumətindən xahiş edirəm ki, İspaniyada yaşayan Argentina vətəndaşlarının təhlükəsizliyinə zəmanət versin”, – Miley yazıb.

Daha əvvəl bildirilmişdi ki, ekoloji fəallar hələ tam başa çatmamış malikanəyə gizlicə girərək, ona qara və qırmızı boyalar vurublar.

Aut.az