Adriano kimlərlə əlaqə saxlayır?
“İnter”in keçmiş hücumçusu Adriano Leyte keçmiş komanda yoldaşlarından kimlərlə əlaqə saxladığını açıqladı.
Aut.az xəbər verir ki, o, həmçinin etiraf edib ki, “İnter”də olduğu müddətdə “Milan”la oyunlar onun üçün “Yuventus”a qarşı oyunlardan daha vacib olub.
“Mən həmişə “Milan”la oyunların “Yuventus”la oyunlardan daha vacib olduğunu hiss etmişəm. Kimlərlə əlaqə saxlayıram? Kordoba, Zanetti, Dida, Serjinyo, Kafu, Materatsi, Ventola, Zeedorf. Onlarla müntəzəm olaraq danışıram”, – deyə “pianetamilan.it” saytı Adrianonun sözlərini sitat gətirib.
Xatırladaq ki, braziliyalı futbolçu oyunçu karyerasını 2016-cı ildə başa vurub.
Aut.az
