PSJ-dən antirekord
PSJ Fransa Liqa 1-in 14-cü turu çərçivəsində səfərdə “Oser”lə heç-heçə edib (0:0).
Aut.az xəbər verir ki, Luis Enrikenin komandası qapıya doğru 11 zərbə endirib, heç bir qol vurmayıb.
“Opta Sports”un məlumatına görə, bu, statistik məlumatların toplanması başlayandan (2006/07 mövsümü) Fransa çempionatı üçün antirekorddur.
Qeyd edək ki, 14 matçdan sonra parislilər Liqa 1-ə 34 xalla liderlik edir.
Aut.az
