Neymar MLS klubu ilə danışıq aparır – “İnter Mayami” deyil
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar Amerikanın “Çikaqo Fayr” klubu ilə danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Çikaqo Fayr” transferi yanvarda başa çatdırmağı planlaşdırır. Hazırda futbolçu ilə 2 illik müqavilə ilə bağlı danışıqlar aparılır. Lakin hazırda heç bir qərar verilməyib.
32 yaşlı Neymar Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə bir oyuna da çıxmayıb. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimidir. “Transfermarkt” Neymarın transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
“Çikaqo Fayr” 2024-cü il mövsümündə MLS Şərq Konfransının turnir cədvəlində sonuncu, 15-ci yeri tutub.
Aut.az
