“Barsa PSJ-ni bu stadionda qəbul edəcək
Çempionlar Liqasının 2-ci turunun “Barselona” – PSJ matçı “Montjuic” Olimpiya Stadionunda baş tutacaq.
Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma çərşənbə günü, oktyabrın 1-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun başqa yerə köçürülməsi Kataloniya klubunun əsas stadionu olan “Kamp Nou”da təmir işlərinin ləngiməsi ilə bağlıdır.
2023-cü ildə “Kamp Nou” təmirə bağlandıqdan sonra “Montjuic” “Barselona”nın müvəqqəti evinə çevrilib.
Bununla belə, cari mövsümün əvvəlində kataloniyalılar ev oyunlarını yalnız 6000 tamaşaçı tutumlu Yohan Kroyff Arenada keçirdilər. “Montjuic”in tutumu 55.000-dir.
Aut.az
