Amorimi “Yunayted”də kim əvəz edəcək? – 5 namizəd var
“Mançester Yunayted” Ruben Amorimin komandanın baş məşqçisi postundan qovulacağı təqdirdə beş namizədi nəzərdən keçirir.
Aut.az xəbər verir ki, potensial variantlar arasında “Kristal Pelas”a başçılıq edən Oliver Qlasner, İngiltərə yığmasının keçmiş baş məşqçisi Qaret Sautqeyt , Marko Silva (“Fulhem”), Andoni İraola (“Bornmut”) və Maurisio Poçettino (ABŞ millisi) var.
Daha əvvəl “Mirror” xəbər vermişdi ki, “qırmızı şeytanlar”ın rəhbərliyi komandanın vəziyyətini yaxşılaşdırmaq üçün portuqaliyalı mütəxəssisə 3 oyun üçün vaxt verib. Dörd oyundan sonra mankunianlıların dörd xalı var və 14-cü yerdədir. Növbəti üç matçda “Mançester Yunayted” “Çelsi” (20 sentyabr), “Brentford” (27 sentyabr) və “Sanderlend” (4 oktyabr) ilə qarşılaşacaq.
Aut.az
