İngiltərə

İki ildir oynamırdı: Məşhur futbolçu 8-ci divizion klubuna keçdi

İngiltərənin səkkizinci divizion klubu “Harboro Taun” Braziliya millisində 17 oyun keçirən və bir qolu olan 35 yaşlı mərkəz yarımmüdafiəçisi Sandro ilə müqavilə imzaladığını açıqlayıb.

Aut.az xəbər verir ki, müqavilənin təfərrüatları elan edilmir, lakin Sandro Portuqaliya “Belenenses”ini tərk etdiyi 2022-ci ilin sentyabrından bəri heç bir yerdə oynamadığı üçün “Harboro Taun”a azad agent kimi keçib.

Sandro İngiltərədə 2010-2014-cü illərdə “Tottenhem”də çıxışı ilə məşhurdur. “Spurs”un düşərgəsində yarımmüdafiəçi 106 rəsmi oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Sandro həmçinin “Quins Park Reyncers”, “Vest Bromviç”, “İnternasional”, “Antalyaspor”, “Benevento”, “Cenoa”, “Udineze” və “Qoyas”da çıxış edib.

Aut.az