Superkompüter Premyer Liqanın favoritini dəyişdi: İlk dəfə…
İngiltərə Premyer Liqasında bu mövsüm başlayandan bəri ilk dəfə “Opta” superkompüteri “Mançester Siti”ni çempionluq uğrunda mübarizədə favorit hesab etmir.
Aut.az xəbər verir ki, “şəhərlilər” liderliyi “Liverpul”a verərək ikinci pilləyə geriləyib.
Superkompüter əmindir ki, şanslara görə üçüncü yer “Arsenal”ın olacaq.
Xatırladaq ki, bazar günü, martın 31-də Premyer Liqanın 30-cu turunda “Mançester Siti” doğma meydanda “Arsenal”la 0:0 hesablı heç-heçə edib. Həmin gün “Liverpul” “Brayton”a 2:1 hesabı ilə qalib gəlib.
Premyer Liqada turnir cədvəlinə 67 xalla “Liverpul” başçılıq edir. Onları “Arsenal” (65 xal) və “Mançester Siti” (64 xal) izləyir.
Aut.az
