“Milan”dan sonra “İnter” də onu hədəfə aldı
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyezanın bu qışı İtaliyaya qayıtmaq ehtimalı get-gedə artır.
Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Milan”ın ardınca “İnter” 27 yaşlı futbolçunu qışda transfer etmək opsiyonu ilə mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.
Qeyd olunur ki, “neradzurri”nin baş direktoru Beppe Marotta futbolçunun agenti Fali Ramadani ilə yaxşı münasibətdədir. Bu məsələ ilə bağlı birbaşa əlaqədədirlər.
Qeyd edək ki, Kyeza keçən yay “Yuventus”dan “Liverpul”a keçib.
Aut.az
