İngiltərə

“Liverpul” onunla müqaviləni uzadır: 2030-cu ilə qədər

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate klubu ilə yeni uzunmüddətli müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat verib.

Tərəflər əməkdaşlığı 2030-cu ilin yayına qədər uzadacaq, hazırkı müqavilənin müddəti 2026-cı ildə başa çatır.

Konate 2021-ci ildə “Liverpul”a keçib və o vaxtdan bəri klubla mümkün olan bütün kubokları qazanıb.

Mərkəz müdafiəçisi bütün yarışlarda 132 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az