Premyer Liqanın daha bir futbolçusu təcavüzdə ittiham olunur
London polisi zorlamada təqsirləndirilən İngiltərə Premyer Liqasının adı açıqlanmayan futbolçusuna qarşı Kral Prokurorluğu Xidmətinə sübut təqdim edib.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, prokurorlar tam dosyeni alıb və detektivlərlə işə başlayıblar. İttihamla polisə müraciət edənlər Metropoliten Polisindən bütün lazımi dəstəyi alırlar. Qeyd olunur ki, futbolçunun adı hüquqi səbəblərdən açıqlanmır.
Xatırladaq ki, 2023-cü ildə adları açıqlanmayan iki qız Premyer Liqa oyunçusunu təcavüzdə ittiham etmişdi.
Aut.az
