İngiltərə

Runidən Slota çağırış: Salahı qov

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Liverpul”un baş məşqçi Arne Slota çağırış edib.

Aut.az xəbər verir ki, Runi Məhəmməd Salahın komandadan uzaqlaşdırılmasını tələb edib.

“Salah onlara müdafiədə kömək etmir. Onun klub əfsanəsi olduğunu başa düşürəm və klub üçün etdiyi hər şeyi yüksək qiymətləndirirəm. Amma start heyətində meydana çıxan bir futbolçunun qaçmadığını görən ehtiyatda oturan futbolçular meydana çıxanda niyə var qüvvələrini sərf etməlidirlər?

Mən Arne Slotun yerində olsaydım, komandaya təsir edəcək böyük bir qərar verməyə çalışardım. Onda isz qələbə qazanmağa başlayacaq və məğlubedilməz olacaqsınız”, – Runi YouTube kanalı olan “The Wayne Rooney Show”da deyib.

Salah bu mövsüm bütün turnirlərdə klubda 16 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az