Premyer Liqanın tarixinə düşdü: İkinci olmaqla…
“Arsenal”ın 15 yaşlı yarımmüdafiəçisi Maks Dumen İngiltərə Premyer Liqasında meydana çıxan ikinci ən gənc futbolçu olub.
Aut.az xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.
O, Premyer Liqanın 2-ci turunda “Lids Yunayted”lə oyunda (5:0) meydana daxil olub. Matç günü Doumenin yaşı 15 il 235 gün idi.
İngiltərə çempionatında çıxış edən ən gənc futbolçu isə yenə “Arsenal”ın oyunçusu İtan Nvaneri olub. O, meydana 15 il 181 günlüyündə çıxıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ilk iki turundan sonra “Arsenal” altı xal toplayaraq turnir cədvəlinə başçılıq edir.
