İspaniya

“Barselona” ulduz futbolçunun müqaviləsini yeniləyir, maaşını artırır

“Barselona” yarımmüdafiəçi Frenki de Yonqla yeni müqavilənin detallarını müzakirə edir.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 28 yaşlı niderlandlı futbolçu yeni anlaşmaya əsasən ildə təxminən 9 milyon avro xalis gəlir əldə edəcək. Müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub və əlavə bir il uzadılma imkanı olacaq.

Həftənin əvvəlində de Yonq menecerini dəyişib. Onun yeni nümayəndəsi “Barselona” rəhbərliyi ilə görüşərək müqavilənin detallarını müzakirə edib.

Hazırda qüvvədə olan müqavilə 2026-cı il iyunun 30-na qədərdir.

2024/25 mövsümündə yarımmüdafiəçi 46 oyunda meydana çıxaraq 2 qol vurub və 2 qol ötürməsi edib.

Aut.az