İspaniya

“Atletiko” top-5 liqada yeganə komandadır ki…

Dekabrın 10-da La Liqanın 16-cı turu çərçivəsində “Atletiko” “Almeriya”nı qəbul edib.

Aut.az xəbər verir ki, “hindular” bu oyunda 2:1 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada hesabı 17-ci dəqiqədə “Aletiko”nun hücumçusu Alvaro Morata açıb. İspan bu mövsüm bütün klub yarışlarında 13-cü qolunu vurub.

“Opta”nın məlumatına görə, “Atletiko” Avropanın ən yaxşı beş liqasında iki oyunçusu bütün yarışlarda ən azı 13 qol vuran yeganə komandadır.

Madrid klubunun heyətində Antuan Qrizmann və Alvaro Morata hərəyə 13 qol vurub.

Aut.az