İspaniya

Ronaldonun rekordunu alt-üst etdi

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 9-cu turunun “Osasuna” ilə oyununda (4:0) dubla imza atıb.

Beləliklə, o, “kral klubu”nun heyətində keçirdiyi 10 start matçında 10 qol vurmağı bacarıb.

20 yaşlı ingilis bu mövsüm “Real”ın heyətində bütün yarışlarda 10 oyunda meydana çıxıb, 10 qol vurub, 3 məhsuldar ötürmə edib. Bu, Kriştiano Ronaldonun “Real”da ilk 10 oyununda əldə etdiyindən çoxdur – 10+1. Beləliklə, ingilis mövsümün bu dövründə portuqaliyalının performansını üstələyib.

Xatırladaq ki, Bellinqhm son transfer pəncərəsində Dortmund “Borussiya”sından “Real”a 103 milyon avroya keçib. Oyunçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 120 milyon avrodur.

Aut.az