Anasının bişirdiyi yeməklər, şampan və… – Qələbəni belə qeyd edir
“Böyük Dəbilqə”nin beşqat çempionu 22 yaşlı ispan tennisçi Karlos Alkaras turnirdəki qələbələrini qeyd etmək üçün hansı yeməkləri yediyini açıqlayıb.
Aut.az xəbər verir ki, Alkaras şampan içdiyini etiraf edib:
“Turnirdən əvvəl, yarış zamanı və ya sonra hamburger yeyə bilərəm. Həmişə özümə şirniyyat, şokolad yeməyə icazə verirəm – mənim üçün bu, problem deyil. Necə qeyd edirəm? Yəqin ki, evə qayıdanda. Anamın yeməyi həmişə ən yaxşısıdır. Şampan və “Coca-Cola” içirəm, turnirlər zamanı etmədiyim… Təbii ki, ifrat dərəcədə olmur” .
Karlos Alkaras bu mövsüm 5 turnirin qalibi olub.
Aut.az
