Tarixin ən sabit kortu: Görün yeni örtük necə olacaq
İndian Uellsdə (ABŞ) mötəbər turnirin təşkilatçıları kortlarda sərt səthin tədarükçüsündə dəyişiklik edildiyini elan ediblər.
Aut.az xəbər verir ki, press-reliz turnirin saytında dərc olunub.
“Laykold” tədbirə yeni dinamika gətirəcək, ATP və WTA oyunçularının ən yaxşı olmaq üçün optimal oyun mühitinə malik olmasını təmin edəcək. “Laykold” kortlara sənaye standartından 10 dəfə daha çox sabitlik təmin edir. Tennis tarixinin ən stabil kortları Kaliforniyada beşinci nəsil üçün yaradılacaq”, – press-relizdə deyilir.
“İndian Uels” turniri martın 5-dən 16-dək keçiriləcək. Hazırkı çempionlar polşalı İqa Sviatek və ispaniyalı Karlos Alkarasdır.
Aut.az
