İtaliya

Alleqri təsdiqlədi: O, fərqli seçim etdi – Kimi deyir?

“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri fransalı müdafiəçi Teo Hernandesin komandanı tərk edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, “Əl-Hilal” futbolçunun transferi ilə bağlı klubla anlaşıb.

“Teo fərqli seçim etdi. O, əla oyunçudur və ona uğurlar arzulayıram”, – “Milan News” Alleqrinin sözlərindən sitat gətirib.

Ötən mövsüm Hernandes bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Aut.az