İtaliya

İndzaqi istefaya gedir: Sensasion iddia

Filippo İndzaqi gözlənilmədən “Piza”nın baş məşqçisi postunu tərk etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

Bildirilir ki, mütəxəssis artıq qərarı ilə bağlı “Piza” rəhbərliyini məlumatlandırıb.

Xatırladaq ki, 2024/25 mövsümünün sonunda “Piza” A Seriyasına yüksəlib, bundan sonra klub məşqçi ilə müqaviləni uzadıb. Buna baxmayaraq, İndzaqi “Piza”dan ayrılmaq qərarına gəlib. Onun B Seriyasında çıxış edən “Palermo”nu idarə etmək ehtimalı var.

Aut.az