Mourinyo “Fənər”dən ayrılır? – Bu, çox aydın vəziyyətdir
Joze Mourinyo “Fənərbağça”da qalmağı planlaşdırır.
Aut.az xəbər verir ki, Mourinyo mətbuat konfransında Türkiyədə qalacağına eyham vurub.
“Gələn mövsüm burada qalıb-qalmayacağımı soruşsanız, “Fənərbağça” prezidentinin bir neçə həftə əvvəl televiziyadakı son çıxışını xatırladaram. O, mənim qalmağımı istədiyini söylədi.
Bunu açıq şəkildə dedilər, bu qədər. O gündən sonra nəsə dəyişibsə, mənə deməyiblər. Təsdiq edə bilərəm ki, bu sözlər bizim görüşümüzdə mənə deyilənlərlə tamamilə eyni idi. Mənim üçün bu, çox aydın vəziyyətdir”, – Mourinyo deyib.
“Fənərbağça”nın prezidenti Ali Koç Mourinyonun “sabitlik naminə” klubda qalmasını istədiyini söyləyib və portuqaliyalının mövsümün ortasında ayrılmaq üçün 36 milyon avroluq təklif aldığını, lakin bunu rədd etdiyini açıqlayıb.
“Fənərbağça” mövsümü Türkiyə Superliqasında “Qalatasaray”dan sonra 2-ci yerdə başa vurub. Avropa Liqasında portuqaliyalı mütəxəssisin komandası 1/8 finala qədər yüksəlib.
Aut.az
