İtaliya

Şeva bacarmışdı, o da təkrarladı

“Milan”ın hücumçusu Olivye Jiru “rossoneri”nin sabiq hücumçusu Andriy Şevçenkonun nailiyyətini təkrarlayıb.

Aut.az xəbər verir ki, bu, A Seriyasının 3-cü turunun “Roma” ilə oyununda (2:1) baş verib.

Olivye Jiru 2001/02 mövsümünün əvvəlində eyni sayda qol vuran Andrey Şevçenkodan sonra A Seriyasının ilk üç turunda “Milan”ın heyətində 4 qol vuran ilk futbolçu olub.

“Roma” ilə qarşılaşmada Olivye Jiru 9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Aut.az