Dünya futbolu

Benzema evlənir: Toy bu adada olacaq

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Karim Benzema aktrisa Lina Kudri ilə evlənməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Toy mərasimi iyulun əvvəlində Korsika adasında baş tutacaq.

Qeyd edək ki, cütlük ilk dəfə bu ilin mayında Kann Kino Festivalında birgə görünüb. 32 yaşlı aktrisa ilə nikah fransalı futbolçunun karyerasının sonu üçün bir siqnal kimi də qiymətləndirilir.

Benzemanın “Əl-İttihad”la olan müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub və illik maaşı 100 milyon avrodur.

Mənbənin məlumatına görə, Benzema futbolçu sözləşməsi bitdikdən sonra karyerasını başa vuraraq, Madrid “Real”ından aldığı təklifi qəbul edə bilər və klubun ərəb ölkələrindəki səfiri kimi fəaliyyət göstərə bilər.

Xatırladaq ki, Əlcəzair əsilli fransız hücumçu 2009–2023-cü illər ərzində “Real”ın heyətində çıxış edib.