Hökumət qəzəbləndi, izahat tələb edir: Messiyə görə
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin yerli “Hong Kong XI” klubu ilə (4:1) oyunda meydana çıxmaması Honkonq hökumətini hədsiz dərəcədə narazı salıb.
Aut.az xəbər verir ki, hökumət buna görə izahat tələb edir.
“Hökumət və bütün futbol azarkeşləri Messinin matçda oynamamasından çox məyus oldular. Təşkilatçı bütün futbolsevərlərə izahat verməlidir.
Əsas İdman Tədbirləri Komitəsi təşkilatçıya qarşı [müqavilənin] şərtlərinə və Messinin matçda iştirak etməməsinə görə maliyyə məbləğinin azaldılması daxil olmaqla əlavə tədbirlər görə bilər”, – Hononq hökkuməti bildirib.
Xatırladaq ki, tribunalarda 38 min 323 tamaşaçı olub. Bu matça biletin minimum qiyməti 115 avro olub.
Aut.az
