Dünya futbolu

Məndən sonra ən döyüşkən oğlandır – Fiqunun tərifi

“Real”ın keçmiş yarımmüdafiəçisi Luiş Fiqu “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun 2024-cü il Avropa çempionatında iştirak etmək üçün Portuqaliya millisinə mümkün dəvəti barədə danışıb.

Xatırladaq ki, turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

“Kristiano vəhşidir, özümdən sonra gördüyüm ən döyüşkən oğlandır (gülür). Zarafat edirəm. O, qol vurmağa davam edir və bunu həmişə də edəcək, çünki o, belə təbii və nadir hədiyyəyə malik oyunçudur… Mən ona görə xoşbəxtəm, çünki o, karyerasını qollar vurmaqla və böyük turnirlərdə oynayaraq başa vuracaq”, – deyə “Marca” Fiqunun sözlərini sitat gətirib. .

Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 36 oyun keçirib, 34 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Aut.az