Şahzadə Messi ilə Ronaldo arasında seçim etdi
“Aston Villa” və İngiltərə yığmasının azarkeşi olan Şahzadə Uilyam Messi ilə Ronaldo arasında seçim etməli olub.
Aut.az xəbər verir ki, şahzadə “The Sun”un suallarını cavab verərəkən seçim etməli olub. Sualları Birmingem klubunun müdafiəçisi Tayron Minqs verib.
– Qabriel Aqbonlahor, yoxsa Harri Nevill?
– Aqbonlahor. Asandır, çox asandır!
– Qabriel Aqbonlahor, yoxsa Tayron Minqs?
– Sən.
– Tayron Minqs, yoxsa Rio Ferdinand?
– Tayron.
– Tayron Minqs, yoxsa Ronaldinyo?
– Bağışlayın, amma Ronaldinyo buradadır.
– Ronaldinyo, yoxsa Zinəddin Zidan?
– Zidan.
– Zinəddin Zidan, yoxsa Devid Bekhem?
– Burada mürəkkəbləşdi. Bekhem, məncə.
– Devid Bekhem, yoxsa Ronaldo?
– Ronaldo (fenomen).
– Ronaldo, yoxsa Lionel Messi?
– Vay, çətin suallar… Messi.
– Messi, yoxsa Kriştiano?
– Messi.
