Futbolçusu gələcəyi ilə bağlı “Barselona”ya ultimatum verdi
“Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen rəhbərliyi qarşısında ultimatum qoyub.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, almaniyalı qolkiper ya karyerasını “Barselona”da davam etdirəcək, ya da klubla müqaviləni ləğv edəcək. Amma müqavilə pozularsa, futbolçu öhdəliklərə uyğun olaraq tam ödəniş tələb edir.
Ter Ştegen klubdan ona qarşı inamsızlıq yaradan məlumat sızmaları səbəbilə özünü xəyanətə uğramış hesab edir. Bununla belə, komandanın hazırlıq prosesinə qayıdacaq və yeni transfer olunan qapıçı Xoan Qarsiyaya qarşı əsas heyət uğrunda mübarizə aparacağına əmindir.
İspaniya mediası iddia edir ki, “Barselona” 33 yaşlı qapıçı ilə müqaviləni vaxtından əvvəl pozmağa hazırdır, lakin yalnız bir mövsümlük ödəniş etməyi planlaşdırır.
Qeyd edək ki, ter Ştegenin klubla sözləşməsi 2028-ci ilə qədər qüvvədədir.
Aut.az
